İlham Əliyev və Paşinyan Qarabağı müzakirə edəcək




Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsinə dair dəyirmi masada iştirak edəcəklər.



Tədbir fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçiriləcək.

Dəyirmi masa "Dağlıq Qarabağ münaqişəsində yeni inkişaflar" adlanır və 45 dəqiqə davam edəcək - yerli vaxtla 17:30-dan 18:15-dək.

Müzakirənin təşkilatçısı Rusiya-Amerika Fondunun icraçı direktoru Selesta Vallanderdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu