Azərbaycan və Ermənistan liderləri Münhendə görüşəcək?


“Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında iki ölkə arasında normallaşma prosesini müzakirə etmək üçün görüş planlaşdırılmır”.


Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətindən TASS agentiliyinə verilən açıqlamada belə deyilir. “Hazırda belə bir məlumat yoxdur”,-deyə hökumətin mətbuat xidməti müvafiq sualı cavablandırıb.
Qeyd edilir ki, Paşinyan fevralın 16-da Münhenə səfər edib. Konfrans çərçivəsində Paşinyan artıq Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşüb. Tərəflər Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu