İlham Əliyev və Nikol Paşinyan iyulun 15-də Brüsseldə görüşəcək

Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişellə görüşəcəyini açıqlayıb
Nazirlər Şurasının iclasında açıqlama verən Paşinyan iyulun 15-də Brüsseldə İlahm Əliyev və Şarl Mişellə üçtərəfli görüş keçirəcəklərini bildirib.
Paşinyan, Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişi üzrə danışıqlarda irəliləyiş əldə olunacağına ümid etdiyini bildirib.