Çingiz Qənizadənin dairəsinin nəticələri ləğv edildi
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 80 saylı İmişli-Beyləyqan seçki dairəsindən qeydə alınmış namizədlər Razim Əmiraslanlı və Şirinov Hikmətin müraciətlərinə baxılıb.
“Qafqazinfo” xəbər verir ki, həmin şəxslər müraciətində səsvermə günü məntəqələrdə seçki pozuntularının olduğunu qeyd edib. MSK qərara alıb ki, 49 seçki məntəqəsindən 29 seçki məntəqəsində seçkilərin nəticələri etibarsız hesab edilsin və həmin dairədə seçkilər etibarsız hesab edilsin.
Qeyd edək ki, MSK sözügedən dairədən Çingiz Qənizadənin qalib olduğunu açıqlamışdı.