39 seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayıldı - SİYAHI
2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 39 seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb.
Səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələri məlum olub.
Bu, səsvermənin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının (MSK) protokolunda əksini tapıb.
Səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələri aşağıdakılardır:
11 saylı Qaradağ seçki dairəsi – 28 saylı məntəqə (Müşviqabad bələdiyyəsi);
22 saylı Nəsimi ikinci seçki dairəsi -5, 6, 7 seçki məntəqələri (Nəsimi bələdiyyəsi);
23 saylı Nəsimi-Səbail seçki dairəsi – 9 saylı seçki məntəqəsi (Nəsimi bələdiyyəsi);
24 saylı Nizami birinci seçki dairəsi - 3, 4 saylı seçki məntəqəsi (Nizami bələdiyyəsi);
30 saylı Suraxanı birinci seçki dairəsi -24 saylı seçki məntəqəsi (Qaraçuxur bələdiyyəsi);
31 saylı Suraxanı ikinci seçki dairəsi -30 saylı seçki məntəqəsi (Qaraçuxur bələdiyyəsi);
54 saylı Şabran-Siyəzən seçki dairəsi – 3 saylı seçki məntəqəsi (Şabran bələdiyyəsi),
47 saylı seçki məntəqəsi (Siyəzən bələdiyyəsi);
56 saylı Xaçmaz kənd seçki dairəsi -37 saylı seçki məntəqəsi (Xudat bələdiyyəsi);
61 saylı Neftçala seçki dairəsi - 14 saylı seçki məntəqəsi (Neftçala bələdiyyəsi);
65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi - 7, 8 saylı seçki məntəqələri (Varxan bələdiyyəsi);
69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi - 8, 9, 10, 11 saylı seçki məntəqələri (Ağdaş bələdiyyəsi);
79 saylı İmişli seçki dairəsi - 6, 12 saylı seçki məntəqələri (İmişli bələdiyyəsi);
80 saylı İmişli-Beyləqan seçki dairəsi -8 saylı seçki məntəqəsi (Boşçalılar bələdiyyəsi);
81 saylı Beyləqan seçki dairəsi - 17, 18, 43 saylı seçki məntəqələri (Təzəkənd bələdiyyəsi), 29, 40 saylı seçki məntəqələri (Milabad bələdiyyəsi);
82 saylı Ağcabədi seçki dairəsi 7 saylı seçki məntəqəsi (Ağcabədi bələdiyyəsi), 16, 17 saylı seçki məntəqələri (Şənlik bələdiyyəsi);
84 saylı Füzuli seçki dairəsi – 4 saylı seçki məntəqəsi (Horadiz bələdiyyəsi);
86 saylı İsmayıllı seçki dairəsi 0 14, 15 saylı seçki məntəqələri (Tağlabiyan bələdiyyəsi);
87 saylı Ağsu-İsmayıllı seçki dairəsi -35, 36 saylı seçki məntəqələri (Nəmirli bələdiyyəsi);
89 saylı Göyçay-Ağdaş seçki dairəsi - 20, 21 saylı seçki məntəqələri (Xosrov bələdiyyəsi);
111 saylı Zaqatala-Balakən seçki dairəsi - 3 saylı seçki məntəqəsi (Zaqatala bələdiyyəsi);
119 saylı Ağdam seçki dairəsi - 13 saylı seçki məntəqəsi (Üçoğlan bələdiyyəsi).
Qeyd edək ki, MSK-nın qərarına əsasən, seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız sayılmasının səsvermənin yekun nəticəsinə təsir etməsi ilə əlaqədar 9 bələdiyyədə seçkinin nəticələri ləğv edilib. Həmin bələdiyyələr 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsində Varxan bələdiyyəsi, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində Ağdaş bələdiyyəsi, 80 saylı İmişli-Beyləqan seçki dairəsində Boşçağlar bələdiyyəsi, 81 saylı Beyləqan seçki dairəsində Təzəkənd, Milabad bələdiyyələri, 82 saylı Ağcabədi seçki dairəsində Şənlik bələdiyyəsi, 86 saylı İsmayıllı seçki dairəsində Tağlabian bələdiyyəsi, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsində Əmirli, 89 saylı Göyçay-Ağdaş seçki dairəsində Xosrov bələdiyyəsidir. (Qaynarinfo)