Təyyarə qəzasında xəsarət alanlardan biri azərbaycanlıdır
İstanbulun Sabiha Gökçen hava limanında qəzaya uğrayan təyyarədəki sərnişinlərdən biri milliyətcə azərbaycanlı olan Qazaxıstan vətəndaşıdır.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.
Həmin şəxs xəsarət alıb.
Bildirilib ki, təyyarədə Azərbaycan vətəndaşının və ya digər azərbaycanlıların olması barədə məlumat yoxdur.
Qeyd edək ki, "Boeing 738" laynerinin Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxması nəticəsində 3 nəfər ölüb, 179 nəfər isə xəsarət alıb. Hadisə zamanı təyyarədə ümumilikdə, 184 nəfər olub.