Əvvəl nəvələrini, sonra isə özünü öldürdü - DƏHŞƏTLİ CİNAYƏT - VİDEO
Bakıda nənə iki nəvəsini öldürüb.
AFN Xezerxeber.az-a istinadla xəbər verir ki, ağır cinayət ötən gün axşam saatlarında paytaxtın Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 74 ünvanında baş verib.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir ki, yanvarın 29-u saat 18 radələrində 6 yaşlı Alsu Pikulo və 2 yaşlı Marat Pikulonun üzərində zorakılıq əlamətləri olan meyitləri, nənələri, 57 yaşlı Nina Allahverdiyeva isə asılmış vəziyyətdə birgə yaşadıqları evdən aşkar olunub.
Dərhal prokurorluq, polis və məhkəmə-tibbi ekspert briqadasının iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib. Mənzildə olan əşyaların yerbəyer olmaqla tamlıqlarının pozulmaması və mənzilin giriş qapısının içəri tərəfdən kilidli olması müəyyən edilib, eyni zamanda meyitlərə baxış zamanı boğulmağa xarakterik izlərdən başqa digər xəsarət və ya xəsarət izləri aşkar olunmayıb.
İlkin istintaq fərziyyələri ilə Nina Allahverdiyevanın əvvəlcə nəvələrini kəndirlə boğaz nahiyələrindən boğmaqla öldürməsinə, daha sonra isə özünü kəndirlə asaraq intihar etməsinə əsaslı şübhələr yaranıb.
Hadisənin şokunu yaşayan qonşuların sözlərinə görə, ataları Vadim uşaqlarını nənəsinin yanında qoyaraq işə gedib. Uşaqların anası, 35 yaşlı Liliya Allahverdiyeva da həmin vaxt orada olmayıb.
Qonşuların sözlərinə görə, Nina Allahverdiyeva həftəsonları Sumqayıtdakı digər övladının yanına gedib, orada qalırmış. Həftəiçi isə valideynlər işə getdiyi üçün gəlib qızı Liliyanın uşaqlarına baxırmış. Ailə bundan öncə də Sumqayıtda yaşayıb.
Faktla bağlı Bakı Şəhər Prokurorluğunda ''iki və ya daha çox şəxsi qəsdən öldürmə'' və ''təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə'' maddələri ilə cinayət işi başlanıb.