“AccessBank”la “Yelo Bank” arasında nə baş verir? – kadr axını davam edir




“AccessBank”dan daha bir kadr rebrendinq prosesindən sonra “Yelo Bank” adlanan keçmiş “Nikoil” banka keçib. AFN xəbər verir ki, Elşən Pirmalıyev bankın Biznes bankçılıq idarəsinin baş direktoru təyin olunub. Bu təyinata qədər isə Elşən Pirmalıyev 15 il “AccessBank”da işləyib.



Xatırladaq ki, bir neçə gün öncə “AccessBank”ın bir qrup işçisi “Yelo Bank”a keçib. Məsələni AFN-ə şərh edən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, bu banklar eyni yerdən idarə olunmurlar: “Bank sahibləri tamam başqa-başqa şəxslərdir. Zaman-zaman kadr axını olur. Mənim bu bankların heç birinə münasibətim isti olmasa da, ədalət naminə deməliyəm ki, “AccessBank” keyfiyyətcə həmişə “Nikoil” bankdan üstün olub. Ümumiyyətlə Azərbaycanda iki bank var ki, bütün banklar üçün kadr universitetidir deyə bilərik. Bunlar “AccessBank” və “Bank ob Baku”dur. Baxmayaraq ki, bu iki bank daim vətəndaşların qanını içib, güclü kadr istehsalı potensialına da malik olduqlarını etiraf etməliyik. Xeyli bankların rəhbərliyində çalışan şəxslər məhz bu iki bankın şinelindən çıxıb. İndi bu bankların səviyyəsi elə də yaxşı deyil, amma bum vaxtında onlarda yaxşı idarəetmə var idi. İndi “AccessBank”dan “Yelo Bank”a elə də yüksək vəzifəli adamlar keçməyib. Böyük ehtimalla, keçənləri də şirnikləndiriblər, əməkhaqqıdır, bonusdur və s.-lə. İndi onsuz da bank sistemində elə böyük aktivlik yoxdur. Bu gün bazarda işsiz qalmış bank mütəxəssisləri çoxdur. Amma bankın İdarə Heyətindən kimsə gedərsə onda düşünmək olar ki, nəsə baş verir”.
Ə.Həsənovun sözlərinə görə, “Yelo Bank”ın son kadr siyasəti elə də ciddi dəyişikliklərdən xəbər vermir: “Zaman-zaman banka kimsə yeni adam gəlir, rəhbərliyi yeniliklər edəcəyilə bağlı inandırır, sonra məlum olur ki, o da düzəltmədi. Yəqin indi də kimsə gəlib və ümumiyyətlə bankın adı dəyişərsə uğur qazanacağına inandırıb. Eləcə də növbəti cəhd kimi kadr dəyişikliklərinə başlanıb. Bildiyim qədər yüksək səviyyədə dəyişiklik yoxdur. “Nikoil” bank həmişə mənfi reputasiyalı bank olub, orda qayda-qanun olmayıb. Bu sıraya biz “Unibank”ı da əlavə edə bilərik. “Nikoil”da bu durumu dəyişmək üçün köklü islahatlar aparmaq lazımdır. Yoxsa bunlar elə ciddi dəyişikliklər deyil ki, biz müsbət nəsə gözləyək”.

HƏBİBƏ

********************************************************************************

Hostinq almaq istəyirsiniz? O zaman Hostimul Şirkətinin bir-birindən fərqli təkliflərindən yararlanmağı sizə tövsiyə edirik . Qeyd edək ki, Hostimul şirkəti Avropa və Amerikada yerləşən yüksək keyfiyyətli serverləre malikdir. Hostinq paketlərinin əsas özəllikləri aşağıdakılardır :
Daha ətraflı məlumat üçün: https://hostimul.com/hostinq-almaq



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu