ŞOK! Çökən kirayə mənzil sisteminə 10 milyon manat xərclənibmiş!




Bu gün səhərdən İpoteka və Kredit Zəmanət Fondunun elektron ipoteka sistemində problemlər yaranıb. Məlum olduğu kimi, Fond bu gün saat 10-dan kirayə evlər üçün elektron formada müraciətləri qəbul etməliydi. Məlumata görə, müraciətlərin sayı çox olduğundan İpoteka və Kredit Zəmanət Fondunun serveri yüklənməyə tab gətirməyib və çöküb.


İnformasiya texnologiyaları üzrə mütəxəssis Osman Gündüz məsələni şərh edərkən maraqlı açıqlamalar verib. Onun sözlərinə görə, hazırda eGov portalından e-ipoteka sisteminə ASAN imza ilə daxil olmaq mümkün deyil: "E-gov sektorunda bu tip hadisə artıq 2-ci dəfədir təkrarlanır. Ötən il də güzəştli mənzillərin onlayn satışı ilə bağlı MİDA informasiya sistemində oxşar hadisə baş vermişdi. Sonradan MİDA digər dövlət qurumlarının köməyi ilə problemi aradan qaldıra bilmişdi.
Dövlət sektorunda baş verən bütün bu tip hadisələrdən sonra yenidən hansısa bir dövlət qurumunda oxşar halın təkrarlanması təəssüf və təəccüb doğurur. Düşünürərm ki, səlahiyyətli qurumlar, cavabdeh şəxsər ciddi məsuliyytətsizlik ediblər . Fikrimcə, VXSİ Dövlət Agentliyi, dövlət resurslarının təhlükəsizliyinə cavabdeh olan XDMX yanında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi kimi dövlət qurumları baş verənləri araşdırmalı, ciddi tədbirlər görməlidir.
Ümumiyyətlə, bu tip dövlət layihələrinin start vəziyyətindən öncə onların informasiya resurslarının adı çəkilən qurumlar tərəfindən audit olunmaması, stres -test edilməməsi də doğru bir yanaşma deyil. Düşünüərm ki, eGov Mərkəzi kirayə evlərlə bağlı Layihəyə start verməzdən öncə, ötən dərsləri nəzərə alaraq sistemin test olunması üçün Fonda göstəriş verməliydi. Həm də ona görə ki, artıq bu qurumlar bilirlər ki, bir dəfə belə bir problem yaşanıb".



O.Gündüzün sözlərinə görə, İpoteka və Kredit Zəmanət Fondu hazırda çökən rəsmi resursunun hazırlanması və eGov-a inteqrasiyası üçün
2 il öncə təxminən 6 000 000 manat vəsait xərcləyib: "Əlavə olaraq, e-ipoteka alt sisteminin hazırlanması üçün də təxmiinən 3 000 000 manat vəsait xərclənib. Hər il də serverin saxlanması və İT avadanlıqlar üçün yüz minlərlə vəsait ayrılıb. Təsəvvür edin ki, 2 il ərzində təxminən 10 000 000 manat vəsait xərclənən resurs öz qarşısına qoyulan vəzifələri icra edə bilmir və çökür. 10 milyon vəsait xərclənən adi bir informasiya sisteminin öz funksiyalarını yerinə yetirə bilməyərək çökməsi kifayət qədər düşündürücüdür və hesab edirəm ki aidiyyatı qurumlar bununla bağlı araşdırma aparmalıdırlar. Fikrimcə, bununla bağlı dərhal rəsmi açıqlamalr verilməlidir.
Sistemin bərpası və vətəndaşların müraciətlərin qəbul edilməsi üçüb VXSİ Dövlət Agentliyinin eGov Mərkəzinin öz səlahiyyətləri çərçivəsində aktiv fəaliyyət göstərməsi indiki haıda çox vacibdir. Yeri gəlmişkən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində DATA Mərkəzi olduğu halda Fondun adi bir serverinin , məlumat bazalarının da özündə yerləşməsi sual doğuran məsələdir".

Ekspert bildirib ki, Fondun baş verənlərlə bağlı rəsmi açıqlama yayaraq problemin müraciət edənlərin sayının çoxluğundan qaynadığını etiraf etməsi biabırçııqdır: "Çünki ayrılan milyonlarla vəsait məhz qeyd olunan problemin də həlli üçün nəzərdə tutulub. Ümid edirəm səlahiyyətli qurumlar sistemdə araşdrıma aparıb və audit edib vəsaitlərdən nə dərəcə effektiv istifadə edildiyini açıqlayacaq və cavabdeh şəxsləri məsuliyyətə cəlb edəcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu