ABŞ-da təyyarə yanacağını məktəbin üstünə tökdü: 26 yaralı




Los Ancelesdə təyyarə reaktiv yanacağını ibtidai məktəbin oyun meydançasına töküb.



Qaynarinfo xəbər verir ki, bu haqda şəhər yanğınsöndürmə idarəsindən məlumat verilib.

Məlumata görə, hadisə nəticəsində 26 nəfər xəsarət alıb. Onlardan 17 nəfəri uşaqdır.

Xəsarət alanlar xəstəxanada ilktin tibbi müayinə və müdaxilədən sonra evlərinə buraxılıb. Ərazidə evakuasiya aparılmayıb.

Bununla belə hadisə yerində 70 yanğınsöndürən və təcili yardım həkimi toplaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu