On minlərlə müsəlman türklərə görə ayağa qalxdı
Dünyanın ən qələbəlik müsəlman ölkəsi İndoneziyanın paytaxtı Cakartada on minlərlə insan Çində uyğur türklərinə tətbiq olunan təzyiq siyasətinə etiraz üçün küçələrə axışıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Şərqi Türküstan rəsmiləri bu dəstəyi bütün islam aləmindən görmək istədiklərini bildiriblər.
Şərqi Türküstanın Məclis başqanı Seyid Tümtürk dəstəyə görə İndoneziya xalqına təşəkkür edib: "Möhtəşəm bir qələbəliklə Çin zülmünə qarşı birlik nümayiş etdirdik".