Türkiyə İncirlik hərbi bazasını ABŞ üçün bağlaya bilər




"Konqresdən sanksiya qərarı çıxsa Türkiyə İncirlik və Kürəcik məsələsinin gündəmə gələcək".



Qaynarinfo Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib. Lakin o, Konqesin qərarının yetərsiz olduğunu və administrasiyanın bu qərarı qəbul edib etməməsinin önəmli olduğunu bildirib.

"Administrasiya hansını seçəcək? Türkiyə əleyhinə bir qərar çıxsa, Tramp idarəçiliyinin bunun icrası məsələsində səlahiyyətləri nədir? Bunlara baxmaq lazımdır. Nəticədə ən pis ssenarinin baş verdiyini düşünsək, millətimizin tələblərini də nəzərə alıb, ondan sonra qərar qəbul edəcəyik. Bütün alternativlərə baxılır", - deyə Çavuşoğlu əlavə edib.

Qeyd edək ki, ABŞ-ın müdafiə büdcəsində Türkiyədən F-35 təyyarələrinin alımı və S-400-lərlə bağlı sanksiya tətbiqi məsələsi də nəzərdə tutulub. Lakin administrasiya hələ layihəni təsdiq etməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu