Çavuşoğludan ABŞ Konqresinin F-16 qərarı haqda AÇIQLAMA


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Konqresinin F-16 qərarı ilə bağlı açıqlama verib.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, M.Çavuşoğlu bu barədə İstanbulda Moldova baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku ilə birgə mətbuat konfransında danışıb. “Biz onların açıqlamalarında gördük ki, ABŞ rəhbərliyi F-16-ya tam dəstək verir və bu haqda ikitərəfli görüşlərdə bizə eyham vurdular" - deyə Çavuşoğlu bildirib.

"Prezidentimiz Baydenlə sonuncu dəfə Balidə görüşəndə ​​Bayden tam dəstəyini vurğuladı. Bəzi açıqlamalar oldu, amma son nəticədə yekun mətndə mənfi vəziyyətin olmaması müsbət haldır. Bu, müsbət haldır. Ən qısa zamanda prosesi yekunlaşdırmaq lazımdır. Qanun da təsdiqlənməlidir. Biz F-16-ları almalıyıq və modernləşdirməni prosedur olaraq tamamlamalıyıq" - Türkiyə XİN rəhbəri açıqlamasına belə yekun vurub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu