Nazirlik 27 milyon manatlıq dərman aldı – Tenderləri qazanan kimlərdir?




Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi sentyabrın 25-də müalicə-profilaktik müəssisələr üçün dərman və tibbi təyinatlı vasitələr, həmçinin şəkərli diabet və hemofiliya xəstələri üçün dərman və preparatların alınmasına dair müqavilə imzalayıb.



Dövlət Satınalmaları Reyestrinin məlumatına görə, alınan malların ümumi dəyəri 27 mln. 635,3 min manat təşkil edib. Müqavilələr "Zeytun Pharmaceuticals" MMC (14 mln. 227 min manat), "Avromed Company" QSC (8 mln. 128,7 min manat), "M-Complex" MMC (1 mln. 159,8 min manat), "Labservis Ltd" MMC (2 mln. 896,3 min manat), həmçinin "Tibbi texnikanın dəmiri zadovu ", ASC "Müasir Tibbi Avadanlıqlar" MMC və "Albatros Heltkeyr" MMC-ə verilib.

Daha çox paya sahib olan “Zeytun Pharmaceuticals” MMC ilə bağlı açıq mənbələrdə hər hansı məlumat yoxdur. Hətta Vergilər Nazirliyinin reyestr məlumatlarında belə bu MMC-nin adına rast gəlinmir.

“Avromed Company”yə gəlincə, Vergilər Nazirliyinin reyestr məlumatlarına görə, şirkət 20 dekabr 2001-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 570 min manat olan şirkətin qanuni təmsilçisi Baxşiyeva Əzizə Cavanşir qızıdır. O, millət vəkili Cavanşir Feyziyevin qızıdır. Mediada "Avromed Company"nin Cavanşir Feyziyeva məxsus olması barədə çoxsaylı məlumatlar dərc edilib. "Avromed Company"nin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Nizami Abdullayev küçəsi, ev 47-dir.

Səhiyyə Nazirliyi ilə 1 milyon 159, 8 min manatlıq müqavilə imzalayan "M-COMPLEX" MMC 04 iyun 2016-cı ildə qeydiyyata alınıb. Hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, ev 1, mənzil 56-da yerləşən MMC-nin qanuni təmsilçisi Bağırov Ayaz Eynulla oğludur. MMC-nin nizamnamə kapitalı 10 manatdır.

Açıq mənbələrdə Ayaz Bağırovun adına yalnız işgüzar əlaqələrin qurulması üçün sosial şəbəkə platforması olan "Linkedln"də rast gəlinir. Orada Ayaz Bağırovun hesabı var və o, "M-Complex" MMC-nin rəhbəri olduğunu qeyd edib.

Səhiyyə Nazirliyi ilə yüksək məbləğli müqavilə imzalayan növbəti şirkət "Labservis LTD" MMC-dir. Vergilər Nazirliyinin reyestr məlumatlarına görə, şirkət 06 aprel 1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2400 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 81, mənzil 2 olan MMC-nin qanuni təmsilçisi Şahbazova Roza Qafar qızıdır. O, həmçinin "Eurolab" Tibb Mərkəzinin direktorudur. Roza Şahbazova haqqında açıq mənbələrdə əlavə məlumat yoxdur. (Yenisabah.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu