Tereza Mey istefasını açıqladı: Yeni namizədlərin adı bəllidir
Britaniyanın Baş naziri Tereza Mey istefasını bəyan edib.
Mey istefasını bu gun elan edib. O, istefaya 7 iyunda gedəcəyini bildirib.
Zamanın 7 iyuna çəkilməsinə səbəb ölkəyə ABŞ Prezidenti Donald Trampın səfər edəcəyidir. Tramp bu ölkəyə iyunun əvvəlində səfər edəcək.
Mey istefa verdikdən sonra siyasətçilər yeni lider seçəcəklər. Bu posta əsas namizəd XİN-nin sabiq rəhbəri Boris Consondur. O, artıq bu barədə danışıb və namizəd kimi çıxış edəcəyini bildirib. Başqa potensial namizədlər arasında Xarici İşlər naziri Ceremi Hant, Daxili İşlər naziri Sadcid Cavid, Nümayəndələr Palatasının sabiq lideri Andrea Lidsomun adı var.
Sonuncu 22 mayda istefa verib və bunu Tereza Meyin “Brexit"ə dair mövqeyi ilə razılaşmadığını bildirib. (Cebhe.info)