İlham Əliyev banqladeşli həmkarını təbrik edib




Azərbaycan Prezidenti İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Md. Əbdül Həmidə təbrik məktubu ünvanlayıb.



Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Banqladeş arasındakı münasibətlər daim inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Banqladeş xalqına əmin-amanlıq və tərəqqi arzulayıram”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu