İlham Əliyev: “Lazım olsa, onu xaricə göndərərik”- VİDEO




Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev Ağsuda zəlzələ nəticəsində zərərçəkən evlərin yerində yenidən tikilməkdə olan evlərlə tanış olub.

“Qafqazinfo” xəbər verir ki, sakinlərdən biri prezidentdən nəvəsinin gözlərinin müalicə olunması üçün kömək istəyib: “29 yaşı var. Atası, anası rəhmətə gedib. Onu mən saxlamışam. İndi gözlərinin biri tutulub. O biri də 3 faiz qalıb. Deyirlər ki, ona donor göz lazımdır. Mən də qalmışam belə. Gücüm çatmır”.

Ölkə başçısı isə sakinə cavabında məsələnin həll ediləcəyini bildirib: “Mən bu məsələni tapşıraram. Əlaqə vasitələri götürün. Siz bu barədə narahat olmayın. Lazım olsa, biz onu xaricə də göndərərik. Minlərlə belə müraciətlər olur”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu