Diplomatların cəbhə bölgəsinə səfəri başladı




Xarici İşlər Nazirliyinin təşkilatçılığı Azərbaycanda akkreditə olunan diplomatik korpusların rəhbərlərinin cəbhə bölgəsinə səfəri başlayıb.

ONA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, diplomatları Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Hüseynov qarşılayıb.

Qonaqlara Ağdam haqqında məlumat verilib və bildirilib ki, rayonun 77%-i erməni hərbi birləşmələrinin nəzarəti altındadır. Daha sonra diplomatik korpus rəhbərləri “Bayraq Muzeyi” ilə tanış olublar. Onlar günün sonunadək rayonun cəbhə kəndlərində sosial-iqtisadi vəziyyətlə tanış olacaqlar.
















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu