Bakıda Xocalı yürüşü keçirildi: Prezident və xanımı da iştirak edib
Yürüş "Ana harayı" abidəsinin önündə başa çatıb.
Prezident İlham Əliyev abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.
Birinci vitse-prezident xanım Mehriban Əliyeva, Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva abidənin önünə tər güllər qoyublar.
* * *10:06
Bu dəqiqələrdə Bakıda Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə yürüş keçirilir.
Yürüş iştirakçıları Bakı Dəniz Vağzalının qarşısından başlayaraq "Ana harayı" abidəsinə doğru hərəkət edir. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident xanım Mehriban Əliyeva, hökumət və dövlət rəsmiləri, millət vəkilləri, ziyalılar qatılıblar. Yürüşdə on minlərlə insan iştirak edir.