Aİ Məhkəməsi “Google”un 4,1 milyard avroluq rekord cəriməsini təsdiqləyib


“Google” korporasiyası mobil əməliyyat sistemləri bazarında rəqabət qaydalarını pozduğuna görə Avropa İttifaqı (Aİ) tərəfindən kəsilən rekord cərimə ilə bağlı apellyasiya məhkəməsini qəti olaraq uduzub.

AFN.az xəbər verir ki, bu barədə "DW" məlumat yayıb. Lüksemburqdakı Aİ Məhkəməsi şirkətin şikayətini rədd edərək "Android" cihazlarında öz axtarış sistemini qanunsuz olaraq önə çıxardığına görə kəsilən 4,125 milyard avroluq cəriməni qüvvədə saxlayıb.

Xatırladaq ki, Avropa Komissiyası hələ 2018-ci ildə "Google"un smartfon istehsalçılarına təzyiq etdiyini müəyyənləşdirərək şirkəti ilkin olaraq 4,34 milyard avro cərimələmişdi, sonradan bu məbləğ bir qədər azaldılmışdı. Bu qərar Avropa rəqabət tənzimlənməsi tarixində ən böyük cərimə hesab olunur. Ümumilikdə son 10 ildə "Google" Aİ-də müxtəlif antiinhisar işlərinə görə təxminən 11 milyard avro cərimə edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu