Təl-Əvivdə etirazçılar magistral yolu bağlayıblar
Təl-Əvivdəki Ayalon şosesi aksiya iştirakçılarının hərəkət hissəsinə çıxaraq yolu kəsməsindən sonra şimal istiqamətində hərəkət üçün tamamilə qapadılıb.
AFN.az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.
Etirazçılar 7 oktyabr 2023-cü ildə HƏMAS qruplaşmasının hücumu ilə bağlı dövlət istintaq komissiyasının yaradılmasını tələb edirlər. Qeyd edək ki, aksiya İsrailin cənubunda baş vermiş həmin qətliam və kütləvi insan oğurluğundan 1000 gün keçdiyi tarixə təsadüf edir.



