Gürcüstan parlamentinin qarşısında etirazçılar toplaşıb
Gürcüstan parlamenti yaxınlığında hüquq-mühafizə orqanları ilə etirazçılar arasında toqquşmalar davam edir.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, etiraz aksiyasına səbəb xarici agentlər haqqında qanun layihəsidir. Parlament qarşısına toplaşan etirazçılardan 7 nəfər saxlanılıb.
Etirazçıların parlamentarilər üçün "utanc dəhlizi" təşkil etmək cəhdləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşma ilə nəticələnib. İnsident zamanı aksiya iştirakçıları polisə yumurta atmağa başlayıblar.