Suriya prezidenti İsraili qoşunlarını geri çəkməyə çağırdı


Suriya prezidenti Əhməd əş-Şəraa ölkənin cənubundakı bufer zonaya edilən son hərbi reyddən sonra İsrail rəhbərliyini öz qoşunlarını həmin ərazidən çıxarmağa çağırıb.

AFN.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.

Söhbət təxminən 235 kvadratkilometr sahəsi olan ərazidən qoşunların çıxarılmasından gedir. Suriya lideri İsrail bölmələrinin bu zonadakı son hərəkətlərini kəskin pisləyib.

Xatırladaq ki, iyunun 28-də İsrail Müdafiə Ordusu Suriyanın cənubundakı bufer zonada bir neçə silahlı terrorçunun zərərsizləşdirildiyini açıqlamışdı. Reyd yerli sakinlərin müqavimətinə səbəb olsa da, mülki şəxslər arasında xəsarət alan olmayıb. İsrailin müdafiə naziri İsrael Katz isə bəyan edib ki, ölkə rəsmi Təl-Əvivin təhlükəsizliyi məsələsində güzəştə getməyəcək və Livan, Suriya, eləcə də Qəzza zolağındakı təhlükəsizlik zonalarına nəzarəti saxlayacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu