Avroparlamentin rəhbəri 2027-ci ildə Aİ-də ciddi siyasi dəyişikliklər gözləyir


Avroparlamentin sədri Roberta Metsola 2027-ci ildə bir neçə ittifaq ölkəsində keçiriləcək seçkilərdən sonra Avropa İttifaqının siyasi həyatında ciddi dəyişikliklərin baş verəcəyini proqnozlaşdırır.

AFN.az xəbər verir ki, o, bu barədə "Euractiv" portalına müsahibəsində bildirib.

R.Metsolanın sözlərinə görə, 2027-ci il siyasi baxımdan çox gərgin keçəcək. Çünki həmin dövrdə Aİ-nin aparıcı dövlətləri olan Fransa, Polşa, İspaniya və İtaliyada seçkilər planlaşdırılır. Avroparlamentin rəhbəri ənənəvi partiyaları seçicilərin rəyinə laqeyd qalmamağa çağırıb və qeyd edib ki, bu cür yanaşma cinahlardakı radikal siyasi qüvvələrin (sağçılar və avroskeptiklər) populyarlığının artmasına və seçici fəallığının aşağı düşməsinə səbəb olur.

Qeyd edək ki, sözügedən seçkilər son illərdə həm milli parlamentlərdə, həm də Avroparlamentdə mövqelərini xeyli gücləndirən sağçı partiyaların yüksəlişi fonunda baş tutacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu