Konqresmen Miks: Vaşinqton-Tehran razılaşması İran üçün daha faydalıdır


ABŞ və İran arasında imzalanmış anlaşma memorandumu qeyri-müəyyən müddəaları ehtiva edir və Vaşinqtondan çox Tehranın maraqlarına xidmət edir.

AFN.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici işlər komitəsinin aparıcı demokrat üzvü Qreqori Miks (Nyu-York ştatından) bəyan edib. Bəyanat Ağ Ev rəsmilərinin qanunvericilər üçün keçirdiyi qapalı brifinqdən sonra verilib.

"The Washington Post" qəzetinin məlumatına görə, dövlət katibi Marko Rubio və prezidentin xüsusi elçisi Stiv Uitkoff Konqres üzvlərinə İranla aparılan sülh danışıqları barədə məlumat veriblər. Sənədi kəskin tənqid edən Miks bildirib ki, bu memorandumun imzalanması Vaşinqtona "müharibəsiz də əldə edilə bilməyəcək" heç bir üstünlük qazandırmayıb.

Konqresmen xüsusilə "Hörmüz boğazının açılması" bəndinə toxunaraq, İranın gəmilərin keçidi üçün rüsum tələb etmək hədələrinə diqqət çəkib. Onun sözlərinə görə, Rubio və Uitkoff heç bir ödənişin olmayacağına dair zəmanət veriblər. Brifinqdə həmçinin vitse-prezident Ceyms Devid Vensin milli təhlükəsizlik üzrə köməkçisi Endrü Beyker də iştirak edib, lakin onun izahatları da konqresmenləri memorandumun səmərəliliyinə inandıra bilməyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu