İsrail ordusu rəhbərliyin göstərişi ilə Livanda fəaliyyətini davam etdirəcək
İsrail Müdafiə Ordusu ölkənin siyasi rəhbərliyinin göstərişlərinə uyğun olaraq Livan ərazisində əməliyyatlarını davam etdirəcək və hərbi qüvvələr təhdidlərin aradan qaldırılması üçün qonşu ölkənin istənilən bölgəsində cavab tədbirləri görmək səlahiyyətinə malikdir.
AFN.az xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə ordunun mətbuat katibi Efi Defrin bəyanat verib.
"Təhdidləri aradan qaldırmaq üçün bizə istənilən rayonda fəaliyyət göstərmək səlahiyyəti verilib. Ordu İsrailin siyasi rəhbərliyinin təlimatlarına uyğun olaraq Livanda hərəkət etməyə davam edəcək", – deyən hərbi rəsmi, yalnız Beyrut bölgəsi ilə bağlı müəyyən məhdudiyyətlərin olduğunu qeyd edib. Onun sözlərinə görə, şiə "Hizbullah" hərəkatı daha əvvəl atəşkəs rejimini pozub və buna görə "layiqli dərsini alıb".
