İsrail Suriyadakı iki hərbi bazaya hücum edib


İsrail Müdafiə Qüvvələri (IDF) Suriyanın Tadmor və T-4 bazalarında strateji hərbi hədəflərə hücum edib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin məlumatında bildirilir.

"Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri Suriyanın Tadmor və T-4 hərbi bazalarında qalan hərbi strateji hədəflərə zərbələr endirib", - deyə açıqlamada qeyd edilir.

Bildirilir ki, ordu İsrail vətəndaşları üçün hər hansı təhlükəni aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu