İsrailin Livana zərbələri nəticəsində üç tibb işçisi həlak olub


İsrail Silahlı Qüvvələri Livanın Nəbatiyə bölgəsindəki Haruf kəndində yerləşən mülki müdafiə mərkəzinə birbaşa aviazərbə endirib.

AFN.az "Al Jazeera"ya istinadən xəbər verir ki, hücum nəticəsində üç tibb işçisi həlak olub, dördüncüsü isə ağır yaralanıb. Livan Səhiyyə Nazirliyi bəyanat yayaraq bildirib ki, Livanın cənubuna edilən bu hücum nəticəsində Səhiyyə İdarəsinin tabeliyində olan müəssisənin binası tamamilə dağıdılıb.

Nazirlik bu cinayəti beynəlxalq humanitar hüquq normalarına məhəl qoymayan işğalçı İsrailin qəddar yanaşmasının növbəti sübutu adlandırıb və qeyd edib ki, düşmən bəşəriyyətə qarşı törətdiyi cinayətlərin sayını artırmaq üçün beynəlxalq birliyin səssizliyindən istifadə edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu