İsrailin Livanın cənubuna hücumu nəticəsində 9 nəfər ölüb


İsrail ordusunun Livanın cənubuna həyata keçirdiyi hava hücumunda aralarında qadın və uşaqların da olduğu 9 nəfər ölüb, 5 nəfər isə yaralanıb.



Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, İsrail ordusunun döyüş təyyarələri Nəbatiyyə vilayətinin Kefur Şimali şəhəri ətrafındakı sənaye zonasında yerləşən sement zavodunu vurub.

Livan Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, hücum nəticəsində ana və 2 uşağı olmaqla ümumilikdə 9 nəfər ölüb, 2-si ağır olmaqla 5 nəfər yaralanıb.

NNA xəbərləri ölən və yaralananların əksəriyyətinin suriyalı qaçqınlar olduğunu bildirib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu