Rusiya İngiltərənin keçmiş müdafiə naziri haqqında axtarış qərarı çıxarıb
Rusiya Daxili İşlər Nazirliyinin Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles barəsində axtarış qərarı çıxardığı bildirilir.
AFN.az xəbər verir ki, nazirliyin internet saytında yer alan məlumata görə, Uolles Rusiya Cinayət Məcəlləsi çərçivəsində axtarışa verilənlər siyahısına daxil edilib.
Britaniyalı siyasətçinin konkret olaraq hansı maddə ilə ittiham olunduğu barədə isə rəsmi məlumat verilməyib.
Qeyd edək ki, Ben Uolles 2019–2023-cü illərdə İngiltərənin müdafiə naziri vəzifəsində çalışıb və fəaliyyəti dövründə Rusiyaya qarşı sərt mövqeyi, eləcə də Ukraynaya hərbi yardımların təşkilindəki fəal rolu ilə seçilib.





