Aİ və ABŞ arasında gərgin ticarət sazişi: Brüssel "qoruyucu bənd"ə nail oldu


Avropa İttifaqı (Aİ) ABŞ ilə son illərin ən gərgin ticarət sazişlərindən birinin imzalanmasına yaxınlaşsa da, mühüm bir qoruyucu bəndə nail olub.

AFN.az "Euronews"a istinadən xəbər verir ki, əldə olunan ilkin razılaşmaya əsasən, ABŞ-dan gələn idxal Avropa bazarı üçün təhlükə yaradarsa, Brüssel sazişi birtərəfli qaydada dondurmaq hüququ qazanır.

Sazişin şərtlərinə görə, Aİ ABŞ malları üçün gömrük rüsumlarını sıfırlasa da, ABŞ Avropa məhsullarına tətbiq edilən tarifləri faktiki olaraq üç dəfə artırır. Bu qeyri-bərabər şərtlərə baxmayaraq, Vaşinqtonun təzyiqi gərginliyi artırır: Donald Tramp administrasiyası bildirib ki, əgər Avropa Parlamenti iyulun 4-nə qədər sazişi təsdiqləməsə, Avropa avtomobillərinə tətbiq edilən rüsumlar ikiqat artırıla bilər.

Brüssel bu iqtisadi şantaj fonunda özünü sığortalamaq üçün sənədə xüsusi mühafizə mexanizmləri əlavə edib. Bura bazar sarsıntılarına qarşı qorunma, sazişin müəyyən müddətdən sonra avtomatik dayandırılması və ərazi bütövlüyünə təhdid və ya iqtisadi təzyiq zamanı icrasının dayandırılması bəndləri daxildir. Xüsusilə Trampın Qrenlandiya ilə bağlı son bəyanatları və Aİ ölkələrinə yönəlik təhdidləri bu təhlükəsizlik tədbirlərini aktuallaşdırıb.

Hazırda əsas mübahisə sazişin qüvvəyə minmə tarixi ilə bağlıdır. Avropa Parlamenti ABŞ-ın tarifləri 15%-lik limitə endirəcəyi anı gözləməyi təklif etsə də, Avropa Komissiyası dərhal icranın tərəfdarıdır. Tərəflər Trampın müəyyən etdiyi son möhlətə qədər, yəni iyuna qədər bütün razılaşmaları yekunlaşdırmağa çalışırlar.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu