Rusiya Ukraynaya hava hücumlarını davam etdirib



Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın 3 günlük atəşkəsin başa çatmasından sonra ölkəsinə qarşı hava hücumlarını bərpa etdiyini bildirib.

AFN.az xəbər verir ki, o, bu barədə sosial media hesabında geniş açıqlama yayıb.

Zelenski 9–11 may tarixlərini əhatə edən müvəqqəti atəşkəsin bitməsindən sonra cəbhə xəttindəki vəziyyəti dəyərləndirib. Onun sözlərinə görə, Rusiya gecə ərzində Ukraynaya 200-dən çox silahlı pilotsuz uçuş aparatı (PUA), 80-dən çox hava bombası və 30-dan çox raketlə hücum edib.

Zelenski qeyd edib ki, Dnepropetrovsk, Kiyev, Jitomir, Xarkov, Sumı, Nikolayev və Çerniqov bölgələri əsas hədəflər olub. O, Rusiyanın bir neçə gün davam edən qismən atəşkəsi birtərəfli qaydada dayandırdığını vurğulayıb. Hücumlar nəticəsində enerji obyektləri, yaşayış binaları və uşaq bağçası ciddi zərər görüb.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya gecə ərzində Ukraynaya göndərdiyi 216 PUA-dan 192-si hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Zelenski beynəlxalq birliyi Rusiyanı müharibəyə son qoymağa və davamlı atəşkəs üçün real addımlar atmağa məcbur etməyə çağırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu