Kaya Kallas: Putin hər zamankından daha zəifdir


Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas Ukraynanın hazırda ötən illə müqayisədə xeyli güclü mövqedə olduğunu və Putinin zəiflədiyini bildirib.

AFN.az xəbər verir ki, Kallas müharibənin dinamikasının Ukraynanın xeyrinə dəyişdiyini qeyd edib. O, Rusiyaya qarşı hazırlanan 21-ci sanksiyalar paketinin əsas hədəfinin hərbi-sənaye kompleksi və "kölgə donanması" olacağını açıqlayıb.

Diplomat həmçinin vurğulayıb ki, Ukraynanın Aİ-yə üzvlüyü xeyriyyəçilik deyil, Avropanın öz təhlükəsizliyinə investisiyadır. Onun fikrincə, Rusiya hələ də maksimalist tələblər irəli sürdüyü üçün Qərb Kiyevə dəstəyi artırmalıdır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu