Kallas Qrenlandiyaya təhlükəsizlik zəmanətləri ilə bağlı suala cavab verməyib


Avropa diplomatik xidmətinin rəhbəri Kaja Kallas Aİ ölkələrinin Danimarka və Qrenlandiya ilə həmrəy olduğunu bəyan edib, lakin ABŞ-ın hücumu zamanı bu ölkələr üçün Aİ-nin mümkün təhlükəsizlik zəmanətləri barədə cavab verməkdən yayınıb.

AFN.az xəbər verir ki, Kopenhagendə Aİ xarici işlər və müdafiə nazirlərinin qeyri-rəsmi görüşünə gəldikdən sonra o, Danimarka jurnalistlərinin Aİ-nin hansı xüsusi təhlükəsizlik zəmanəti verdiyinə dair suallarını cavablandırıb.

“Biz Qrenlandiyanın hərəkətlərini, nə qərar verməsindən asılı olmayaraq, tam dəstəkləyəcəyik. Aİ üzvü kimi Danimarkanı da tam dəstəkləyirik, Danimarka ilə tam həmrəyik”, - deyə o bildirib. Bu sualdan sonra Kallas dərhal vidalaşaraq mediaya münasibətini kəsməyə çalışsa da, jurnalistlər ona başqa mövzularda daha bir neçə sual veriblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu