Bəhreyndə SEPAH ilə əlaqədə şübhəli bilinən 41 nəfər saxlanılıb


Bəhreyn təhlükəsizlik qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqədə şübhəli bilinən 41 nəfəri saxlayıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ərəb dövlətinin Daxili İşlər Nazirliyi (DİN) rəsmi məlumat yayıb.

Bildirilir ki, qruplaşma əməliyyat işləri, təhlükəsizlik xidmətlərinin hesabatları, həmçinin prokurorluğun xarici dövlətlərin xeyrinə casusluq və İran təcavüzünə dəstək işləri üzrə apardığı əvvəlki araşdırmalar əsasında aşkar edilib.

DİN-in məlumatına görə, saxlanılan şəxslər bu təşkilatın əsas strukturuna daxil olublar. Hazırda həmin 41 nəfər barəsində zəruri hüquqi prosedurlar həyata keçirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu