Kuba XİN rəhbəri: ABŞ-la danışıqlarda irəliləyiş yoxdur


Kuba xarici işlər naziri Bruno Rodriqes Parrilya ABŞ-la aparılan danışıqlarda heç bir irəliləyişin olmadığını bəyan edib.

AFN.az-ın xəbərinə görə, "ABC News"a müsahibə verən nazir bildirib ki, Kuba rəhbərliyi bir çox ikitərəfli məsələləri müzakirə etməyə hazır olsa da, ölkənin siyasi sistemi və daxili işləri heç vaxt danışıqlar masasında olmayacaq.

ABŞ Prezidenti Donald Trampın Kubanı nəzarətə götürmək və adaya aviadaşıyıcı gəmi göndərmək barədə hədələrini ciddi qəbul etdiklərini deyən Parrilya, Vaşinqtonun bu siyasətini "humanitar fəlakətə yol açacaq təhlükəli yol" adlandırıb. O, hər hansı hərbi müdaxilənin hər iki tərəf üçün qanlı qırğına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, gərginliyin artmasına rəğmən, "Axios" portalı ABŞ Dövlət katibi Marko Rubionun Raul Kastronun nəvəsi ilə gizli şəkildə respublikanın gələcəyini müzakirə etdiyini iddia edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu