Tramp yenə Kubanı hədələdi


ABŞ Prezidenti Donald Tramp bir daha bəyan edib ki, Birləşmiş Ştatlar "USS Abraham Lincoln" aviadaşıyıcısını Kuba sahillərinə göndərə bilər.

AFN.az-ın xəbərinə görə, "Salem News" telekanalına müsahibəsində Tramp bildirib ki, İrandakı hərbi əməliyyatlar bitdikdən sonra, geri dönüş yolunda aviadaşıyıcını Kuba sahillərindən bir neçə yüz yard məsafədə dayandıra bilərlər.

Amerika liderinin fikrincə, Kuba hazırda "müflis olub" və onu "azad etmək bir şərəf olacaq". Tramp hələ martın 5-də qeyd etmişdi ki, Vaşinqton İrana qarşı hərbi əməliyyat başa çatdıqdan sonra Kubaya qarşı növbəti addımlar kursunu hazırlamaq niyyətindədir.

O, dəfələrlə iddia edib ki, Venesueladan neft tədarükü dayandıqdan sonra Kuba hökuməti və iqtisadiyyatı çökmək üzrədir. Fevral ayında isə "Axios" portalı ABŞ Dövlət katibi Marko Rubionun adanın gələcəyi ilə bağlı Raul Kastronun nəvəsi ilə gizli danışıqlar apardığını xəbər vermişdi.

Ekspertlər hesab edirlər ki, ABŞ-ın bu addımları regionda hərbi-siyasi gərginliyi daha da artıra bilər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu