İranla razılaşma əldə olunmasa, hərbi variant yenidən gündəmə gələ bilər


ABŞ Prezidenti Donald Tramp gələn həftənin sonunda Çindən qayıdana qədər İranla razılaşma əldə edilməsə, hərbi variant yenidən aktuallaşacaq.

AFN.az İsrailin 12-ci kanalına istinadən xəbər verir ki, Ağ Ev sabah İrandan ABŞ-ın son təklifinə cavab gözləyir. Bildirilir ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff İranla razılaşma üzərində işi davam etdirmək üçün Trampla birlikdə Çinə getməyəcək.

Bu arada İsrail Baş naziri Benyamin Netanyahunun Trampla telefon danışığı aparacağı gözlənilir. İsrail tərəfi hesab edir ki, İran Beyrutda “Hizbullah” komandirinin öldürülməsinə məhz ABŞ ilə danışıqları pozmamaq üçün reaksiya verməyib.

Buna baxmayaraq, yüksək rütbəli İsrail rəsmisi danışıqların gedişatından narahatlığını ifadə edib. O qeyd edib ki, müzakirə olunan “bir səhifəlik razılaşma” ciddi nəzarət mexanizmlərindən məhrumdur və Tehranın nüvə proqramını bərpa etməsinə yol aça bilər. Həmçinin, İsrail rəsmiləri ABŞ-ın İrandan ballistik raket proqramını məhdudlaşdırmağı israrla tələb edəcəyinə şübhə ilə yanaşırlar.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu