Qalibaf: Hürmüz boğazında təhlükəsizlik ABŞ-ın atəşkəsi pozması ilə təhlükə altına düşüb



İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Hürmüz boğazında gəmilərin hərəkəti və enerji keçidi təhlükəsizliyinin ABŞ tərəfindən atəşkəsin pozulması ilə təhlükə altına düşdüyünü, lakin mövcud vəziyyətin Vaşinqton üçün davam etdirilə bilməz olduğunu bildirib.

AFN.az xəbər verir ki, Qalibaf rəsmi "X" hesabındakı paylaşımında Hürmüz boğazındakı son vəziyyəti dəyərləndirib.

"Yeni Hürmüz boğazı tənliyi sabitləşir" ifadəsini işlədən Qalibaf dəniz nəqliyyatı və enerji daşınması təhlükəsizliyinin ABŞ və müttəfiqləri tərəfindən atəşkəsi pozaraq tətbiq edilən blokada ilə riskə atıldığını vurğulayıb. Bu vəziyyətə qarşı duracaqlarını qeyd edən spiker İranın strateji mövqeyini xatırladıb.

Mövcud vəziyyətin davam etdirilməsinin ABŞ üçün dözülməz olduğunu vurğulayan Qalibaf "Mövcud vəziyyətin davam etdirilməsinin ABŞ üçün dözülməz olduğunu çox yaxşı bilirik, halbuki biz hələ başlamamışıq" fikirlərini paylaşıb. Bu açıqlama bölgədə gərginliyin daha da artdığı bir dövrə təsadüf edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu