BƏƏ hava məkanını bir həftəlik qismən bağladı
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ölkə ərazisinə yönəlmiş və İran mənbəli olduğu iddia edilən hücumlardan sonra regional təhlükəsizlik tədbirləri çərçivəsində milli hava məkanını bir həftəlik qismən hərəkətə bağladığını elan edib.
AFN.az xəbər verir ki, BƏƏ-nin aviasiya qurumları tərəfindən yayımlanan A1722/26 nömrəli NOTAM (təyyarəçilərə bildiriş) qərarında mövzu ilə bağlı ətraflı məlumat verilib.
Bildirilib ki, "Emirates" hava yollarına aid FIR xətti (Uçuş Məlumat Bölgəsi) 4-11 may tarixləri arasında qismən bağlanıb. Qərara əsasən, kommersiya uçuşlarının yalnız müəyyən edilmiş xüsusi keçid məntəqələri və dar dəhlizlər vasitəsilə həyata keçirilməsinə icazə veriləcək.
Məhdudiyyət qərarına baxmayaraq, ABŞ tərəfindən istifadə edilən "Dafra" aviabazasının fəaliyyətini davam etdirəcəyi, lakin bu bazaya edilən uçuşların da ciddi nəzarət altında olan məhdud marşrutlarla təmin olunacağı qeyd edilib.
