İraq hava məkanının bağlanma müddətini uzatdı



ABŞ və İsrailin İrana qarşı başlatdığı hücumlar səbəbindən hava məkanını uçuşlar üçün bağlayan İraq bu qərarın müddətini daha 24 saat uzadıb.

AFN.az xəbər verir ki, İraq Mülki Aviasiya Qurumu tərəfindən yayımlanan bəyanata əsasən, hücumların davam etməsi nəticəsində İraqın hava məkanı daha bir sutka ərzində uçuşlara qapalı qalacaq.

Açıqlamada sözügedən müddətin bazar ertəsi saat 12:00-a qədər uzadıldığı qeyd edilib. Xatırladaq ki, İraq fevralın 28-də ABŞİsrailin İrana qarşı hücumlarını pisləyərək, təhlükəsizlik mülahizələrinə görə hava məkanını uçuşlara bağladığını elan etmişdi.

Bu qərar mülki aviasiya təhlükəsizliyini təmin etmək və bölgədəki hərbi aktivlik zamanı yarana biləcək riskləri minimuma endirmək məqsədi daşıyır. Beynəlxalq aviaşirkətlərə artıq uçuş marşrutlarının dəyişdirilməsi ilə bağlı xəbərdarlıq edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu