Şimali Koreyadan ABŞ-ın ittihamlarına cavab



Şimali Koreya beynəlxalq kiberhücumların arxasında olması ilə bağlı ABŞ-ın irəli sürdüyü ittihamları əsassız böhtan adlandıraraq rədd edib.

AFN.az xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Vaşinqton rəhbərliyinin Pxenyanla bağlı mövcud olmayan kiber təhdid təsəvvürü yaratmağa çalışdığını iddia edib.

Sözçü ABŞ-ın iddialarını ölkənin imicini ləkələməyə yönəlmiş addım kimi qiymətləndirərək, bu növ fəaliyyətlərin Şimali Koreya ilə əlaqələndirilməsinin birtərəfli yanaşma olduğunu bildirib. ABŞ-ın özünü bu sahədə qurban kimi təqdim etməsinin məntiqsiz olduğunu qeyd edən XİN rəsmisi, Vaşinqtonun qlobal informasiya infrastrukturu üzərindəki nəzarəti sayəsində digər ölkələrə qarşı kiberhücumlar həyata keçirdiyini irəli sürüb.

Qeyd edək ki, ABŞ rəhbərliyi 2025-ci ilin noyabrında kiber cinayətlərdən əldə edilən vəsaitləri yumaqda ittiham olunan bəzi Şimali Koreyalı bankirləri və qurumları sanksiya siyahısına əlavə etmişdi. ABŞ Maliyyə Nazirliyi isə mart ayında Şimali Koreya ilə əlaqəli əməliyyatlarla bağlı 6 nəfər və 2 quruma sanksiya tətbiq etmiş, sözügedən strukturların qeyri-qanuni gəlirləri rəqəmsal aktivlər vasitəsilə köçürdüyünü açıqlamışdı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu