Şimali Koreya valyuta gəlirlərinin yarısını silah proqramlarına sərf edib
Birləşmiş Millətlər Təşkilatının (BMT) ekspertləri tərəfindən hazırlanan hesabatda Şimali Koreyanın silah proqramlarını kiber fəaliyyətlərdən əldə etdiyi valyuta gəlirlərinin təxminən yarısı ilə maliyyələşdirdiyi iddia edilib.
"Yonhap"ın məlumatına görə, BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın Sanksiya Komitəsinin ekspertləri 2023-cü ilin iyulundan 2024-cü ilin yanvarınadək BMT-yə üzv dövlətlərdən və digər mənbələrdən alınan açıq mənbəli materiallar və məlumatlar əsasında hazırlanmış hesabatın nəticəsini çatdırıblar.
Hesabatda Şimali Koreyanın kiber fəaliyyətlərinin ölkənin xarici valyutasının təxminən yüzdə 50-ni təşkil etdiyi qeyd edilib və bu valyutanın silah proqramlarının maliyyələşdirilməsi üçün istifadə edildiyi iddia olunub.
Hesabatda bildirilir: “Ölkədə həyata keçirilən kütləvi qırğın silahları proqramlarının 40 faizi qeyri-qanuni kiber fəaliyyətlərlə təmin edilir. Şimali Koreya da daxil olmaqla, 2017-2023-cü illər arasında həyata keçirilən təxminən 3 milyard dollar dəyərində şübhəli kiberhücumlar da araşdırılır".
Sənəddə Şimali Koreyanın nüvə proqramlarını üç dəfə artırdığı da vurğulanıb.
BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı 2021-ci ildə Sanksiya Komitəsinin mütəxəssisləri tərəfindən hazırlanan hesabatda Şimali Koreyalı hakerlərin 2020-ci ildə 300 milyon dollardan çox rəqəmsal kripto pul oğurladığı iddia edilib.