ABŞ prezidenti: Dünən Hörmüz boğazından 34 gəmi keçib


ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı yeni rəqəmləri açıqlayıb. O bildirib ki, dünən strateji əhəmiyyətli bu su yolundan 34 gəmi keçib.

"Bu, həmin o mənasız qapadılma başlayandan bəri ən yüksək göstəricidir", — deyə Ağ Ev rəhbəri vurğulayıb.

Trampın bu bəyanatı ABŞ-ın bölgədəki dəniz blokadası və İranla yaşanan gərginlik fonunda boğazdakı naviqasiya intensivliyinin bərpa olunmağa başladığına işarə edir. Qeyd edək ki, Hörmüz boğazı qlobal neft ticarətinin mühüm qovşağı hesab olunur və onun fəaliyyətindəki hər hansı dəyişiklik dünya bazarlarına birbaşa təsir göstərir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu