Mali ordusu: Silahlı qruplaşmalar ölkənin müxtəlif yerlərinə hücum edib



Mali ordusu terrorçu qruplaşmaların paytaxt Bamako ilə yanaşı, ölkənin müxtəlif hərbi obyektlərinə hücumlar təşkil etdiyini bəyan edib. 

AFN.az xəbər verir ki, ordudan verilən rəsmi açıqlamada kimliyi naməlum terrorçu qrupların paytaxtda və ölkənin daxili bölgələrində yerləşən müxtəlif hərbi məntəqələri hədəf aldığı bildirilib.

Açıqlamada hazırda toqquşmaların davam etdiyi qeyd olunub.

Yerli medianın yaydığı məlumatlara görə, paytaxt Bamakodakı əsas hava limanı yaxınlığında da intensiv atışma səsləri eşidilib.

Hadisə şahidləri və ərazidə olan jurnalistlərin bildirdiyinə görə, Malinin əsas hərbi düşərgəsinin ətrafında və ölkənin müxtəlif nöqtələrində güclü partlayış və atışma səsləri qeydə alınıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu