Malinin paytaxtı yaxınlığındakı hərbi bazada atışma baş verib


Bu gün səhər saatlarında Malinin paytaxtı Bamako yaxınlığında yerləşən ölkənin ən böyük hərbi bazası olan Katidə güclü partlayış və atışma səsləri eşidilib.

AFN.az-ın xəbərinə görə, hadisə şahidləri "Reuters" agentliyinə bildiriblər ki, bazaya gedən bütün yollar ordu tərəfindən bağlanıb.

Kati bazası ölkə üçün strateji əhəmiyyət kəsb edir; burada Malinin ali rəhbərliyinin yaşayış binaları, eləcə də ölkə prezidenti Assimi Qoitanın iqamətgahlarından biri yerləşir. Hadisənin dəqiq səbəbləri barədə hələlik rəsmi məlumat verilməyib.

Eyni zamanda, "RFI" radiosu atışma səslərinin ölkənin digər bölgələrində də eşidildiyini xəbər verir. Məlumata görə, radikal qruplaşmaların fəal olduğu şimaldakı Kidal və Qao şəhərlərində, habelə ölkənin mərkəzindəki Sevare şəhərində də silahlı insidentlər qeydə alınıb. Yaralananlar və ya tələfat barədə hələlik məlumat yoxdur.

Xatırladaq ki, Malidə 2020-ci ilin yayından bəri iki hərbi çevriliş baş verib. 2021-ci ilin mayında polkovnik Assimi Qoita keçid dövrü üçün dövlət başçısı təyin edilib. 2025-ci ilin yayında isə parlament rolunu oynayan Milli Keçid Şurası Qoitanın prezidentlik müddətini 2030-cu ilə qədər uzadıb və ona gələcəkdə yenidən seçilmək hüququ verib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu