Ceffri Saks: Trampın İranla bağlı arqumentləri Oruell ruhundadır


Tanınmış amerikalı iqtisadçı, Kolumbiya Universitetinin professoru Ceffri Saks ABŞ prezidenti Donald Trampın İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyi barədə bəyanatlarını kəskin tənqid edib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, jurnalist Taker Karlsona müsahibə verən ekspert bu fikirləri britaniyalı yazıçı Corc Oruellin antiutopik əsərlərindəki mütləq təbliğat üsulları ilə müqayisə edib.

"Trampın son aylarda əsas arqumenti budur: "Mən onlara nüvə silahı düzəltməyə icazə verməyəcəyəm". Tarixi bilən hər kəs başa düşür ki, bu, mütləqləşdirilmiş Oruellizm və gülünc təbliğatdır. İran nüvə silahı yaratmağa can atmayıb və bizim kəşfiyyat qurumlarımız da dəfələrlə bunu təsdiqləyib", — deyə Saks bildirib.

Professor əlavə edib ki, bu cür bəyanatlar real təhlükəsizlik narahatlıqlarından deyil, daxili siyasi maraqlardan və ictimai rəyi manipulyasiya etmək istəyindən qaynaqlanır.

Qeyd edək ki, İranda hələ 2003-cü ildən bəri nüvə silahının yaradılmasını qadağan edən dini fətva (ali rəhbər ayətullah Əli Xameneyi tərəfindən verilib) qüvvədədir. Beynəlxalq Atom Enerjisi Agentliyi və müxtəlif kəşfiyyat orqanları da Tehranın rəsmi olaraq nüvə silahı proqramına malik olmadığını dəfələrlə bəyan ediblər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu