Yaponiyada bəzi hava yolu şirkətləri əlavə rüsumları artıracaq



Yaponiyanın "All Nippon Airways" (ANA)"Japan Airlines" (JAL) şirkətləri Hörmüz boğazında tədarük zəncirinin pozulması nəticəsində artan yanacaq xərcləri ilə əlaqədar beynəlxalq uçuşlarda tətbiq edilən əlavə ödənişləri iyun ayından etibarən artırmağı planlaşdırır.

AFN.az xəbər verir ki, fevralın 28-də başlayan hərbi münaqişədən sonra reaktiv mühərrik yanacağının qiymətində ciddi artım müşahidə olunur.

"Kyodo News"un məlumatına görə, yapon aviadaşıyıcılarının iyun-iyul dövründə Şimali Amerika və Avropa uçuşları üçün yanacaq rüsumunu müvafiq olaraq 346 dollar (55 min yen)315 dollara (50 min yen) çatdıracağı proqnozlaşdırılır. Reaktiv yanacağının aviaşirkətlərin ən böyük xərc maddələrindən biri olması bilet tariflərinə də təzyiq göstərir.

Dünyanın ən böyük hava yolu şirkətlərindən biri olan "United Airlines"ın rəhbəri Skott Kirbi də artan xərcləri qarşılamaq üçün bilet qiymətlərinin 20 faiz yüksəlməli olduğunu qeyd edib.

Xatırladaq ki, hərbi əməliyyatlara cavab olaraq İran tərəfi Hörmüz boğazını müəyyən ölkələrlə əlaqəli gəmilərin keçidi üçün bağlayıb ki, bu da qlobal aviasiya sektoruna birbaşa təsir edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu