Vyetnamda aviasiya böhranı: Uçuşlar kütləvi ixtisar edilir



Vyetnamdakı aviaşirkətlər artan reaktiv yanacaq xərcləri səbəbindən aprel ayından etibarən daxili və xarici reyslərdə kütləvi ixtisarlara gedib.

AFN.az xəbər verir ki, Vyetnam Kommunist Partiyasının rəsmi mətbu orqanı olan "Nhan Dan" qəzetinin məlumatına görə, yüksələn enerji qiymətləri aviasiya sektorunu uçuş həcmini kəskin daraltmağa məcbur edib. "Vietnam Airlines" şirkəti aprelin 1-dən etibarən yeddi daxili marşrut üzrə uçuşları dayandırıb.

Reaktiv yanacağın bir barelinin qiymətinin 160-200 dollar diapazonuna yüksələcəyi təqdirdə aviaşirkətin uçuş həcmində 10-20 faiz aralığında daha ciddi ixtisarların aparıla biləcəyi qeyd olunub. Daxili xətlərdə uçuş həcminin 12-26 faiz azalacağı gözlənildiyi halda, xarici reyslərdə bu göstərici 4-18 faiz səviyyəsində qalıb.

Aşağı büdcəli (loukoster) aviaşirkətlər də tutumlarını azaldıblar. "Pacific Airlines" aprelin 1-dən etibarən qeyri-pik saatlardakı uçuşları ləğv edərək fəaliyyətini 8-30 faiz səviyyəsində kiçiltdiyini elan edib. Digər bir loukoster olan "VietJet Airlines" isə bənzər bir qərarla daxili xətlərə fokuslanmaq üçün uçuş tutumunda 18 faizlik ixtisar edib.

Aviaşirkətlər xərc artımını idarə edə bilmək üçün əməliyyat səmərəliliyinə diqqət ayırdıqlarını bildiriblər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu