“Asiana Airlines” aviaşirkətinin uçuşları pilotların etirazı səbəbindən dayandırılıb


“Asiana Airlines”ın daxili və xarici reyslərinin ləğvi və təxirə salınmasının artmasına səbəb pilotların maaşlarının artırılması üçün təşkil edilən etiraz aksiyaları olduğu bildirilib.


Şirkətdən verilən açıqlamada, 7 iyun-16 iyul tarixlərində "iş qaydası" adlandırdıqları etiraz aksiyalarında 100-ə yaxın pilotun 2-si beynəlxalq, 10-u daxili olmaqla 12 uçuşu ləğv etdiyi, 56 reysin gecikməsinə səbəb olduğu vurğulanıb.

Kollektiv hərəkət edən pilotların etirazında “Asiana Airlines”ın həddindən artıq reaktiv yanacaq sərfi və texniki xidmət kimi taktiki hərəkətlərlə uçuşları gecikdiridiyi bildirilib.

Pilotların üzv olduğu birliyin gələn həftə tətilə başlayacağı bildirilərkən, bu vəziyyətin turizm və iş dünyasına təsir edəcəyinə diqqət çəkilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu